Müdafiə naziri "Dəmir Yumruq" əməliyyatının başladığı ilk saatlardan danışdı

   Müdafiə naziri "Dəmir Yumruq" əməliyyatının başladığı ilk saatlardan danışdı
  26 İyun 2021    Oxunub:1192
“Biz bilirdik ki, ermənilər təxribatlara hazırlaşırlar və təxribatlara yol verəcəklər. Təxribatlar törətməyə də başladılar. Sentyabrın 27-si idi və saat 05:00-ı keçmişdi. Mənə məruzə olundu ki, düşmən bizim mövqelərimizi və cəbhəboyu kəndləri intensiv atəşə tutur. Mən dərhal iş yerimə gəldim və müvafiq tapşırıqlar verdim.
Azvision.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Real TV-ə müsahibəsində deyib. O bildirib ki, saat 06:00 radələrində ermənilər artıq ağır artilleriyadan atəş açmağa başladılar.

"Bizim itkilərimiz oldu. Mən dərhal Ali Baş Komandana məruzə etdim, Ali Baş Komandandan müvafiq tapşırıqlar aldım və "Dəmir Yumruq" əməliyyatının həyata keçirilməsinə, əks-hücum əməliyyatının başlanmasına göstəriş aldım və müvafiq tapşırıqla Azərbaycan Ordusu "Dəmir Yumruq" əməliyyatına başladı”.

Azvision.az



Teqlər: Dəmir-yumruq  






Xəbər lenti