İsti hava iyunun 29-dək davam edəcək

İsti hava iyunun 29-dək davam edəcək
  27 İyun 2021    Oxunub:1744
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Azvision.az - a xidmətdən verilən məlumata görə, iyunun 27-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti günəşli və isti keçib.

Şərq küləyi Tovuzda 22, Naxçıvanda 18, Biləsuvar, Şabranda 16 m/s-dək güclənib. İyunun 26-da havanın maksimal temperaturu Bakıda, Abşeron yarımadasında, aran rayonlarında, Naxçıvan MR-da 42, dağlıq rayonlarda 31 dərəcəyədək yüksəlib. Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək. Cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

İyunun 30-da havanın temperaturu tədricən 4-5 dərəcə enərək 30-34 dərəcə isti olacaq.

Azvision.az



Teqlər: İsti   hava  






Xəbər lenti