Sorğu: Respondentlərin 43,9 faizi Covid pasportu almağı düşünür

   Sorğu:   Respondentlərin 43,9 faizi Covid pasportu almağı düşünür
  29 İyun 2021    Oxunub:1058
Media Təhlil Mərkəzi (MTM) COVID-19 pasportu ilə bağlı sorğu keçirilib.
MTM-dən Azvision.az –a verilən məlumata görə, sorğuda iştirak edən 1084 respondentin 50%-ini qadınlar, 50%-ni isə kişilər təşkil edib. Nəticələrdən belə məlum olub ki, respondentlərin 43,9%-i COVID-19 pasportu alacağını, 33,1%-i isə, artıq sözügedən sənədə sahib olduğunu bildirib. Sullara cavab verənlərin 13,3%-i COVID pasportunu almağı düşünmədiyini, 9,7%-i tərəddüd etdiyini qeyd edib. Respondentlərin 38,3%-i vaksin vurduraraq, 6,6%-i koronavirusa yoluxub sağaldığına görə COVID-19 pasportu əldə edib. Sorğu iştirakçılarının 55,1%-i isə hələ ki pasport əldə etməyib. COVID-19 pasportunun əldə edilməsi ilə bağlı verilən sualın cavabında sorğu iştirakçılarının 15,7%-i “E-Təbib” mobil tətbiqindən yüklədiyini, 8,7%-i “e-gov.az” saytından əldə etdiyini qeyd edib. Sənədi vaksin vurdurarkən aldığını deyənlər sorğu iştirakçılarının 16,6%-ni, COVID-19 pasportunun olmadığını söyləyənlər cavab verənlərin 59%-ni təşkil edib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 11,8%-i COVID-19 pasportunu iş yerinə, 4,6%-i idman zalına gedərkən təqdim edib. İştirakçıların 3%-i bu pasportu səyahət edərkən, 2,3%-i məscid, kilsə və digər dini obyektlərə gedərkən istifadə etdiyini vurğulayıb. Respondentlərin 24,4%-inin COVID-19 pasportu olsa da, hələ ki istifadə etmədiyini, 53,9%-i isə sözügedən sənədə sahib olmadığını qeyd edib.

Azvision.az



Teqlər: Sorğu  






Xəbər lenti