Azərbaycanda daha 86 nəfər koronavirusa yoluxub

   Azərbaycanda daha 86 nəfər koronavirusa yoluxub
  30 İyun 2021    Oxunub:571
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 219 nəfər müalicə olunaraq sağalıb, 4 974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.

Azvision.az


Teqlər: Koronavirus  






Xəbər lenti