Azərbaycanda daha 99 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 99 nəfər koronavirusa yoluxub
  04 İyul 2021    Oxunub:1828
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından bir nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 336 417 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 433 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib, aktiv xəstə sayı 1006 nəfərdir.

Ölkədə son sutka ərzində 8 679, hazırkı dövrədək isə 3 787 089 test aparılıb.


Azvision.az


Teqlər: Koronavirus  






Xəbər lenti