Ermənilərin basdırdığı minalar “Aljazeera” telekanalında- VİDEO
İşğaldan azad edilmiş Ağdam rayonunun sakini Əsli Mahmudova telekanalın müxbiri Rəsul Sərdara müsahibəsində oğlunun minaya düşərək həlak olduğunu, onun iki azyaşlı övladının atasız qaldığını söyləyib.
Diqqətə çatdırılıb ki, Ermənistan 1994-cü ildə elan olunmuş atəşkəsdən sonra Azərbaycanın işğal edilmiş ərazilərində dünyanın digər münaqişə bölgələrindəki minaların sayından daha çox mina basdırıb.
Fermer Xalid Tahirov telekanala müsahibəsində deyib ki, o, minalanmış ərazilərdə heyvanlarını otara bilmir.
Reportajda, həmçinin qeyd olunub ki, Azərbaycan hökuməti Ermənistanın minalanmış ərazilərin bütün xəritələrini vermək istəmədyini bəyan edib.
Minaların təmizlənməsi üzrə ekspert Cəmaləddin Əliyev bildirib ki, minaların təmizlənməsi çox təhlükəli prosesdir.
Diqqətə çatdırılıb ki, Ermənistan Ağdam rayonunda basdırılmış 100 minədək minanın xəritəsini Azərbaycana təqdim edib, lakin digər rayonların analoji xəritələrini də verməlidir.
Azvision.az
Teqlər: Mina







Vaxtında, Aydın, Lazımlı!


