“Dünənki palçıq vulkanı sonuncu dəfə 1945-ci ildə püskürüb” - Qurban Yetirmişli

   “Dünənki palçıq vulkanı sonuncu dəfə 1945-ci ildə püskürüb” -    Qurban Yetirmişli
  05 İyul 2021    Oxunub:1259
“Dünənki palçıq vulkanı Daşlı ada deyilən yerə yaxın ərazidə püskürüb. Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb”.

Azvision.az -ın xəbərinə görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb və püskürmə 8 dəqiqə davam edib: “Vulkanın dərinliyi 1,48 km, gücü (ml) 2,17 ml olub. Xəzər dənizində çoxlu sayda vulkanlar var. Hadisə yerində ölən və yaralıların olması ilə bağlı deyilənlər yalandır”.

Azvision.az


Teqlər: Ada   Vulkan  






Xəbər lenti