Azərbaycanda daha 62 nəfər yoluxub

   Azərbaycanda daha 62 nəfər yoluxub
  05 İyul 2021    Oxunub:1382
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336 479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 466 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1035 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 951, ötən müddət ərzində isə ümumilikdə 3 793 040 test aparılıb.

Azvision.az



Teqlər: COVID-19  






Xəbər lenti