Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib

Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib
  05 İyul 2021    Oxunub:1419
Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az - a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Gəndov kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 100 kiloqramdan artıq olan, 234 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.



Azvision.az



Teqlər: Şabran  






Xəbər lenti