Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  08 İyul 2021    Oxunub:943
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 478 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 166, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 312 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 964 102, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 417 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 546 929 təşkil edir.

Azvision.az


Teqlər: Peyvənd  






Xəbər lenti