Çayçının meyiti dağ çayında tapıldı

Çayçının meyiti dağ çayında tapıldı
  09 İyul 2021    Oxunub:1082
İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilib.
Lerik rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Azvision.az



Teqlər: Lerikrayonprokurorluğu  






Xəbər lenti