Kürdə batan 15 yaşlı oğlanın meyiti tapılıb

Kürdə batan 15 yaşlı oğlanın meyiti tapılıb
  11 İyul 2021    Oxunub:1519
İyulun 8-i Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları başa çatıb.
Azvision.az Fövqaladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, H.Fəttahovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Kür çayının Birinci Şıxlı kənd ərazisindən axan hissəsində H.Fəttahov və 1998-ci il təvəllüdlü Məhəd Elxan oğlu Şirməmmədov çayda batıblar.

Hadisənin bəzi təfərrüatları da məlum olub. Belə ki, H.Fəttahov çayda batıb bunu görən M.Şirməmmədov onu xilas etmək istəsə də, hər ikisi bataraq boğulublar.

Azvision.az


Teqlər: Kür   boğulma  






Xəbər lenti