"Qarabağ" ikinci yoxlama oyununda uduzdu

"Qarabağ" ikinci yoxlama oyununda uduzdu
  11 İyul 2021    Oxunub:1280
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama matçı keçirib.
" Azvision.az -ın məlumatına görə, rəqib Rusiyanın "Arsenal" (Tula) klubu olub. Kirxdorf şəhərində təşkil olunmuş qarşılaşma qonşu ölkə komandasının qələbəsi ilə yekunlaşıb. Yeganə topu 20-ci dəqiqədə Yevgeni Markov vurub.

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Bolqarıstanın MOİK (Sofiya) komandasını məğlubiyyətə uğradıb - 1:0.


Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti