Türkiyəli səfir Gəncədə olub
Rəsmi qonaq Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə də baş çəkib. Erməni hərbi cinayətlərinin izləri ilə yerində tanış olan Cahit Bağcı mətbuata açıqlama ilə çıxış edib.
“Cəbhədə cəsarət, hünər göstərə bilməyən Ermənistan şəhərləri atəşə tutaraq, mülki şəxslərin ölümünə səbəb olmuşdur. Bununla belə, Azərbaycan Qarabağı işğaldan azad edərək, daha güclü bir Azərbaycan olmaq yolunda irəliləmişdi. Bu müharibə və qazanılan zəfər Qafqaz regionu və türk dünyası üçün önəmli bir dönüş nöqtəsidir. Türkiyə bu müharibədə ilk gündən etibarən Azərbaycanın yanında olmuş, ona siyasi və mənəvi dəstəyini əsirgəməmişdi. İşğal altında olan hər kənd, hər rayon və hər şəhərin azad edilməsi xəbəri Türkiyədə də böyük coşğu və sevinclə qarşılanmışdı. Azərbaycan xalqını qələbə münasibətilə təbrik edir, şəhidlərə Allahdan rəhmət diləyirəm”, - deyə türkiyəli səfir bildirib.
Cahit Bağcı Nizami Gəncəvi məqbərəsi və muzeyini, həmçinin “İmamzadə” türbəsini ziyarət edib.
Azvision.az
Teqlər: Türkiyə Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


