Avropa İttifaqı Qarabağ münaqişəsinin həll olunduğunu qəbul edir
Komissar Oliver Varhelyi çıxışında Avropa İttifaqı olaraq müharibənin nəticələrini aradan qaldırmaq və bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin post-konflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirə aparıldığını bildirib.
Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin bu fikirləri səsləndirməsi Avropa İttifaqının artıq Qarabağ münaqişəsinin həll olunduğunu qəbul etdiyini təsdiqləyir.
Hazırda dünyanın siyasi, iqtisadi və diplomatik sahədə ən böyük güc mərkəzlərindən biri olan, 27 ölkənin birləşdiyi Avropa İttifaqının bu qənaətə gəlməsi erməni tərəfinin Qərbdən gözləntilərini və “xəyallarını” puç edir. Son nəticədə beynəlxalq mənzərənin Azərbaycanın milli maraqlarının xeyrinə olmasının əsas səbəbi isə beynəlxalq hüququn və normaların, eləcə də ədalətin bizim tərəfimizdə olmasıdır. Azərbaycanın 30 ilə yaxın müddət ərzində strateji səbr göstərərək yalnız beynəlxalq hüquq çərçivəsində addımlar atması, münaqişə ilə bağlı yeni reallığı Avropa İttifaqının dəstəkləməsinə də zəmin yaratdı.
Azvision.az
Teqlər: AvropaBirliyi Qarabağ Varheyli







Vaxtında, Aydın, Lazımlı!


