“Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilib
Vörkşoplar 16 iyul tarixinədək davam edəcək. Növbəti mərhələdə proqram iştirakçıları mükafat fondu 2200 AZN təşkil edən müsabiqədə iştirak edəcəklər. Həmçinin proqramı uğurla başa vuran bütün iştirakçılar xüsusi sertifikatla təltif olunacaqlar.
Proqramda, həmçinin sosial medianın jurnalistikada istifadəsi, blogerliyin əsasları, qlobal rəqəmsallaşmada Azərbaycan, elektron hökumət layihələri, startap fəaliyyəti, süni intellekt və s. kimi maraqlı mövzular yer alacaq.
Proqramın ilk iki dalğası 2020-ci ildə reallaşdırılıb və böyük marağa səbəb olub. “Rəqəmsal Jurnalistikaya doğru” proqramlarının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələri və blogerlərin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını daha da artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin bilgilərini daha da genişləndirməkdir.
Azvision.az
Teqlər: