Ermənilər Naxçıvanı atəşə tutdu : Hərbçimiz yaralandı

  Ermənilər Naxçıvanı atəşə tutdu : Hərbçimiz yaralandı
  14 İyul 2021    Oxunub:1787
İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Azvision.az - a verilən məlumata görə, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb.

Naxçıvan: Yalnız bərpaolunan enerji
Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az


Teqlər: Naxçıvan   Ermənistan   atəş   mövqe    






Xəbər lenti