Əfqanıstanda vəziyyət dəyişir: 3 günə 1400 talibançı məhv edilib

   Əfqanıstanda vəziyyət dəyişir:   3 günə 1400 talibançı məhv edilib
  15 İyul 2021    Oxunub:1721
Əfqanıstanda hərbi vəziyyət hər ötən gün daha da gərginləşir.
Azvision.az xəbər verir ki, hökumət qoşunları ilə "Taliban" hərəkatının silahlıları arasındakı qarşıdurma artıq xeyli sayda itkilərlə nəticələnir. Belə ki, general Ajmal Şinvari son üç gündə 1400 talibançının məhv edildiyini açıqlayıb.

Bir gecədə 347 əfqanıstanlı Tacikistana keçib
“İşğal olunmuş ərazilərin qaytarılması üçün detallı plan hazırladıq. Hazırda döyüş əməliyyatlarının davam etdiyi ərazilərdə "Taliban" tərəfindən ələ keçirildiyi iddiaları doğru deyil. Əvvəllər "Taliban"ın zəbt etdiyi bütün bölgələr hökumətin nəzarətinə qaytarıldı”-general bildirib. Şinvari ölkənin 25 əyalətində hökumət qüvvələri tərəfindən ümumilikdə 98 əməliyyatın həyata keçirildiyini qeyd edib.

Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qani də Məzari-Şərif şəhərinə işgüzar səfəri zamanı əyalətdəki təhlükəsizlik vəziyyətinin yaxın aylarda yaxşılaşacağını söyləyib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Əfqanıstan   Taliban  



Xəbər lenti