Binəqədidə mənzildən kişi meyiti tapıldı

Binəqədidə mənzildən kişi meyiti tapıldı
  15 İyul 2021    Oxunub:1127
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Nağıyev Nizami Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Meyit   Bakı   FHN  






Xəbər lenti