Ermənistan yenidən atəşkəsi pozub, düşmən susdurulub

   Ermənistan yenidən atəşkəsi pozub, düşmən susdurulub
  16 İyul 2021    Oxunub:792
İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə Azvision.az -a Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib. Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi ilə susdurulub.

Azvision.az


Teqlər: Naxçıvan  






Xəbər lenti