Tokio-2020 ilə əlaqəli daha 10 nəfərdə koronavirus aşkar edilib

Tokio-2020 ilə əlaqəli daha 10 nəfərdə koronavirus aşkar edilib
  25 İyul 2021    Oxunub:1066
Tokio Olimpiya Oyunları ilə əlaqəli daha 10 nəfərdə COVID-19 virusu qeydə alınıb və onlardan ikisinin idmançı olduğu bildirilir.
Azvision.az “Tokio-2020”nin təşkilat komitəsinə istinadla xəbər verir ki, bununla da cari ayın əvvəlindən Oyunlarla əlaqəli şəxslər arasında virusa yoluxanların ümumi sayı 132 nəfərə çatıb.

Bildirilir ki, yoluxanlar arasında altı nəfər rəsmi heyətin üzvü, bir müqavilə ilə işləyən əməkdaş və bir KİV nümayəndəsi var. İdmançılardan birinin niderlandlı avar çəkən olduğu, nümayəndələrdən birinin isə Atletlər kəndində yaşadığı bildirilir.

Qeyd edək ki, bu məlumatlar iyulun 1-dən qeydə alınır və Oyunlar ərəfəsində Yaponiyada məşq düşərgələrində virusa müsbət reaksiya verən idmançıları və əməkdaşları əhatə etmir.

Azvision.az



Teqlər: Tokio-2020  





Xəbər lenti