Bu il 257 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

   Bu il 257 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub
  28 İyul 2021    Oxunub:851
2021-ci ilin 6 ayında 257 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin ilk 6 ayının yekunlarına dair onlayn mətbuat konfransında deyib. O bildirib ki, bu dövrdə vətəndaşlığa mənsubiyyətlə bağlı müraciətlərdə artma mövcuddur ki, bu da karantin tədbirlərinin yumşalması ilə bağlıdır.

“Son 6 ayda 201 şəxs readmissiya olunub. Onlar müxtəlif vaxtlarda çarter reysləri ilə qəbul olunub”.

V.Hüseynov bildirib ki, qanunsuz miqrantların saxlama mərkəzlərində hazırda 49 şəxs var ki, bu da ötən dövrlə müqayisədə 5,8 dəfə azdır.

"Hesabat dövründə qaçqın statustlarının alınması ilə bağlı müraciələrdə kəskin azalma var. Bu da ölkə sərhədlərinin bağlanması ilə bağlıdır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: DMX   VüsalHüseynov  





Xəbər lenti