Turistləri Azərbaycana gətirən nədir?

 Turistləri Azərbaycana gətirən nədir?
  10 Avqust 2021    Oxunub:1326
"Turistlərin ölkəmizdə hansı məhsullara ehtiyac duyduğunu öyrənmək üçün ilkin olaraq 20 iri tur şirkətini dəvət edib, fikirlərini öyrəndik".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndəsi Şərqiyyə Həsənova deyib. O bildirib ki, tur şirkətlərinin rəyləri əsasında Azərbaycanda ehtiyac olan turizm məhsullarının siyahısı hazırlanıb.

"Əsas tələbin ekoturizm məhsullarına olduğunu müşahidə etdik. Bu turizm məhsulunu əsasən Avropa ölkələrindən gələn turistlər istəyir. Qonşu ölkələrdəki bu təcrübəni öyrənmək üçün bir neçə ay vaxt sərf etdik. Artıq bir sıra tur şirkətləri ekoturlar da təşkil edirlər. Dağ-meşə turizmi də tələb olunan xidmətlərdən idi və biz Avropa təcrübəsini öyrənib tətbiq etməyə başladıq".

Aytən Zəhra Bağırzadə
Azvision.az



Teqlər: Türist   Turagentliklər  






Xəbər lenti