Baş nazir xüsusi olaraq vurğulayıb ki, bölgədə düşmənçilik və qarşıdurmanın daha da dərinləşməsi qəbuledilməzdir. Bu təkcə regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdiddir:
|
| "Demarkasiya işlərini gücləndirmək lazımdır"- Paşinyan |
Qonşu ölkələrlə münasibətlərin tənzimlənməsi və ya inkişafı hökumətin xarici siyasətinin vacib istiqaməti olacaq. Bəzi qüvvələr qonşulara qarşı təcavüzkar hərəkətlər üçün orduda islahatlara ehtiyac olduğunu söyləyir. Bununla da onlar Ermənistanın niyyətini yanlış təqdim etməyə çalışırlar. Ermənistan hər bir "sülhsevər" ölkə kimi, Silahlı Qüvvələrini təcavüz üçün deyil, ondan müdafiə üçün inkişaf etdirir. Bizim əraziləri fəth etmək niyyətimiz yoxdur. Niyyətimiz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır", - Paşinyan bildirib.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


