"Dəmir yolu Naxçıvan, Mehri və İcevandan keçəcək"- Erməni nazir

 "Dəmir yolu Naxçıvan, Mehri və İcevandan keçəcək"-   Erməni nazir
  12 Avqust 2021    Oxunub:2590
"Regionda kommunikasiyaların bərpasından sonra dəmir yolu Naxçıvan, Mehri və İcevandan keçəcək". Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyan jurnalistlərə verdiyi açıqlamada məlumat verib.
"Nəqliyyatın açılması nəticəsində nəinki biz, həm də bölgədəki qonşu ölkələr də qazanacaqlar. Əgər dəmir yolu haqqında danışsaq, infrastruktur qurulmadan bərpa işlərinə nail olmaq mümkün deyil. Elə ərazilər var ki, orada yol şəraiti yoxdur. Həmin yerdə yeni yollar qurulmasına ehtiyac var",- Sanosyan bildirib.

"Demarkasiya işlərini gücləndirmək lazımdır"- Paşinyan
Onun sözlərinə görə, belə bir vəziyyətdə istiqamətlər SSRİ zamanında olduğu kimi tutulacaq. Yəni istiqamət dəmiryolunun bir vaxtlar Naxçıvan və Mehridən keçdiyi zamanlardakı kimi eyni olacaq.

"Sovet dövründə İcevandan da bir dəmir yolu keçirdi. Bölgədə sülh hökm sürsə və biz kommunikasiyaları tamamilə bərpa edə bilsək, bu istiqamətdə işləmək iqtisadi cəhətdən sərfəli olacaq".

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərkən demarkasiya və delimitasiya işlərinin gücləndirilməsini vacib sayıb . Bundan əlavə, Paşinyan qeyd edib ki, kifayət qədər tez həll oluna biləcək məsələlərdən biri regionda kommunikasiyaların açılmasıdır.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Nəqliyyat   Ermənistan   Naxçıvan   Mehri  



Xəbər lenti