Bakıdakı yanğınla bağlı sənədlər prokurorluğa göndərildi

Bakıdakı yanğınla bağlı sənədlər prokurorluğa göndərildi
  13 Avqust 2021    Oxunub:832
“Bir neçə gün əvvəl Xətai rayonu, Vunqtau küçəsində yaşıllıq ərazidə baş verən yanğınla bağlı aparılan araşdırmalar başa çatıb”.
Azvision.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.
Onun sözlərinə görə, yanğın zamanı 47 şam ağacının yandığı və təbiətə 37 800 manat məbləğində ziyan dəydiyi hesablanıb.

V. Cavadov qeyd edib ki, yanğının qəsdən törədilməsində şübhələr olduğu və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün toplanmış sənədlər Xətai rayon Prokurorluğuna göndərilib.

Azvision.az



Teqlər: Yanğın  






Xəbər lenti