Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur

      Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur
  16 Avqust 2021    Oxunub:982
Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az


Teqlər: Naxçıvan   Atəşkəs  






Xəbər lenti