DİM sədri valideynlərə müraciət etdi

 DİM sədri valideynlərə müraciət etdi
  23 Avqust 2021    Oxunub:987
İxtisas seçimi zamanı bala uyğun olaraq yox, gənc insanın hansı peşəyə yiyələnməsi, hansı sahədə işləməsinə uyğun seçilməlidir. Hər bir qrupda müxtəlif ixtisaslar var. Valideynlərdən xahiş edirəm ki, onlar hansısa istəklərini yox, övladlarının istəyini nəzərə alsınlar.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideynlərə müraciətində deyib. Onun sözlərinə görə, valideynlər övladlarına dəstək olmalıdır:
“Sizin həyat təcrübəniz zəngin ola bilər və buna uyğun seçim edə bilərsiniz. Amma övladınızın da istəyini nəzərə alın”.

Aytən Zəhra
Azvision.az



Teqlər:



Xəbər lenti