Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirəcək

Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirəcək
  25 Avqust 2021    Oxunub:1231
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov avqustun 27-də saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.
DMX-dən Azvision.az -a bildiriblər ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidirlər. Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.

Azvision.az


Teqlər: DMX  



Xəbər lenti