"Ana südünün yerini tutan heç bir süni qida yoxdur" - Erkin Rəhimov

"Ana südünün yerini tutan heç bir süni qida yoxdur"  -    Erkin Rəhimov
  25 Avqust 2021    Oxunub:1182
Ana südü uşaq ölümlərini azaldan faktorlar içərisində ən birincidir. İkinci yerdə peyvəndlər gəlir.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov deyib. Onun sözlərinə görə, körpə 6 aya qədər ana südü ilə qidalanmalıdır.

“2 yaşa qədər isə əlavə qida ilə yanaşı, ana südü verilməlidir. Süni qidanın ana südündən yaxşılığını kimsə deyirsə, bu, yalandır. Ana südünün yerini tutan heç bir süni qida yoxdur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ana-Südü  



Xəbər lenti