Agentlikdən 4 qazinin ittihamlarına münasibət
Orxan İmanova hələ 2019-cu ilin dekabr ayında hərbi xidmət dövrü ilə əlaqədar II qrup əlillik təyinatı aparılıb. Bu il isə o, əlillik səbəbinin “ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi kimi qeyd olunması üçün Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət edib və bu gün Hərbi Həkim Komissiyası bununla bağlı müvafiq şəhadətnaməni təqdim edib.
O, aidiyyəti qurumların müvafiq sənədləri əsasında əlilliyinin yenidən qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Lakin o əyani müayinədə iştirak etməkdən imtina edib. Orxan İmanova onun hərbi səbəblərlə əlaqədar əlilliyinin qiymətləndirilməsinin bu sahədə şəffaflığın təmin edilməsi üçün məhz əyani müayinədən sonra həyata keçiriləcəyi bildirilib.
Digər qazı Rafiq Məmmədov əlillik təyinatının gecikdirildiyini bildirsə də, əslində qaziyə aid göndərişin (Forma 88) və Şəhadətnamənin aidiyyəti qurumlar tərəfindən elə bu gün təqdim edildiyi müəyyən olunub. Agentlikdə ekspert-həkimlər tərəfindən əyani müayinə əsasında onun əlilliyinin qiymətləndirilməsi aparılıb. Müayinənin nəticələrinə əsasən əlillik təyinatı aparılmaqla yaxın iki gündə ona bu barədə rəsmi məlumat göndəriləcək. Bu barədə qazinin özünə də məlumat verilib
Digər iki şəxsin əlilliyinin qiymətləndirilməsi ilə bağlı Agentliyə aidiyyəti sənədlər təqdim edilməyib. Həmin sənədlər (o cümlədən, göndəriş) təqdim edildiyi halda onların da əlilliyi qiymətləndiriləcək”.
Azvision.az
Teqlər: Qazi







Vaxtında, Aydın, Lazımlı!


