Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

   Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi
  27 Avqust 2021    Oxunub:1594
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib.
Azvision.az xəbər verir ki, bununla bağlı Mehriban Əliyeva “İnstagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Hörmətli bacılar və qardaşlar!

Əziz dostlar!

Ad günüm münasibətilə təbriklərə, gözəl və xoş arzulara görə sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir. Sevginizə, səmimiyyətinizə, hörmətinizə və inamınıza görə çox sağ olun. Dərindən hiss etdiyim, məni ilhamlandıran və hər zaman mənə kömək olan qəlblərinizin istisini mənə bəxş etdiyiniz üçün hər birinizə minnətdaram. Ulu Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm. Qoy Uca Allah Azərbaycan xalqını və bizim doğma Vətənimizi qorusun!

Sevgilərlə,
Sizin MEHRİBAN”.

Azvision.az




Teqlər: MehribanƏliyeva  



Xəbər lenti