Tokio Paralimpiadasında altıncı qızıl medal - YENİLƏNİB

 Tokio Paralimpiadasında altıncı qızıl medal -  YENİLƏNİB
  28 Avqust 2021    Oxunub:3779
Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
Azvision.az-ın məlumatına görə, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.

Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb.



***
Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.


Azvision.az xəbər verir ki, 63 kq-da yarışan idmançı ukraynalı İrina Husiyeva ilə qarşılaşıb.

Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl medalı olub.



***
Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.


Azvision.az -ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib.

Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempionu olub.



Azvision.az



Teqlər: Tokio-2020  



Xəbər lenti