"Əsir və girov götürülən azərbaycanlıların çoxu kütləvi şəkildə qətlə yetirilib” - Dövlət Komissiyasının katibi
Azvision.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
“16 fevral 1994-cü ildə Ermənistan guya qaçmağa cəhd edən 8 azərbaycanlı əsirin öldürüldüyünü qeyd edib. Amma meyitlər üzərində aparılan araşdırmalar əsirlərin eyni silahdan gicgah nahiyəsinin atəş nəticəsində öldüyünü sübut edib. Bu kimi faktlar Ermənistanın azərbaycanlı əsirlərlə davranışlarını göstərir. Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədir, onların taleyi barədə məlumat verməkdən imtina edir”.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


