Sabahdan yeni qaydalar qüvvəyə minəcək

Sabahdan yeni qaydalar qüvvəyə minəcək
  31 Avqust 2021    Oxunub:1166
Daxili İşlər Nazirliyi (DİN) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar sentyabrın 1-dən tətbiq olunacaq yeni qaydalarla bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a daxil olan məlumatda bildirilib ki, sentyabrın 1-dən başlayaraq pandemiya şəraitində toy, nişan, ad günü və digər şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən edilib.

Təşkil edildiyi yerdən asılı olmayaraq (kafe, restoran, şadlıq sarayı, həyət, mağar və s.) şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə bilər.
Şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19 pasportu olmalıdır.
Şənlik mərasimlərinə gələn qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

“icaze.e-gov.az" portalında qeydiyyatdan yalnız ictimai iaşə müəssisələrində təşkil olunan şənlik mərasimləri keçirilməlidir.

Azvision.az


Teqlər: DİN   Toy  



Xəbər lenti