Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Nazir Ceyhun Bayramov Azərbaycan üçün tarixi bir mərhələdə ölkəmizdə fəaliyyət göstərən Samr Şaha gələcək işlərində uğurlar arzulayıb, habelə Britaniya Şurasının ölkəmiz üzrə nümayəndəliyinin yeni rəhbəri ilə də faydalı və məhsuldar əməkdaşlığın həyata keçiriləcəyinə inam ifadə edib.
Samr Şah Azərbaycanda çalışdığı müddətdə Şuranın əməkdaşları ilə birgə görülmüş işlərdən məmnunluqla danışıb, bununla bağlı xoş xatirələrini bölüşüb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Azvision.az
Teqlər: Azərbaycan Britaniya







Vaxtında, Aydın, Lazımlı!


