Səbail rayon prokurorluğundan
Azvision.az -a verilən məlumata görə, aparılmış istintaq hərəkətləri və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, şəhər sakini 1975-ci il təvəllüdlü Ruslan Alyoşkin avqustun 30-u saat 01 radələrində Səbail rayonu Elçin Əzizov küçəsindəki mənzildə tanışları Marat Həmidov və Eldar Qurbanov ilə birlikdə spirtli içki qəbul etdikdən sonra Eldar Qurbanovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürüb.
Ruslan Alyoşkin şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq davam edir.
Azvision.az