Kürün Mingəçevirdən keçən hissəsi tullantılardan təmizlənib

Kürün Mingəçevirdən keçən hissəsi tullantılardan təmizlənib
  01 Sentyabr 2021    Oxunub:819
Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinə məişət tullantılarının atılması ilə bağlı mətbuatda yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Azvision.az -a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb:

"Çayın üzərindəki tullantılar əməkdaşlarımızın nəzarəti altında Mingəçevir Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Kombinata məcburi göstəriş verilib”.

Azvision.az



Teqlər: Kür  



Xəbər lenti