Əfqanıstanda qadınlar etiraz aksiyası keçirib

Əfqanıstanda qadınlar etiraz aksiyası keçirib
  02 Sentyabr 2021    Oxunub:1593
Əfqanıstanın Herat əyalətində qadınlar etiraz aksiyası keçirib. Onlar qadın hüquqları ilə bağlı bir sıra tələblər irəli sürüblər.
Azvision.az bu barədə “Tolo News”a istinadən xəbər verir.

Etirazçılar qadınların hüquqlarının təmini, hökumətdə təmsilçilyə imkan yaradılmasını istəyibər. Nümayişçilər deyiblər ki, qadınların iştirakçılığı olmadan heç bir hökumət sabit və davamlı ola bilməz.

Bundan əlavə, mitinq iştirakçıları “Taliban”ın əleyhinə çıxış ediblər, dünya ictimaiyyətini əfqan qadınları unutmamağa çağırıblar. Nümayişdə yerli fəallar, tələbələr və dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Bu, Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra qadınların iştirakı ilə keçirilən ilk mitinq deyil. Bundan əvvəl də oxşar tədbir paytaxt Kabildə keçirilib.
Prezident sarayının qarşısına toplaşan etirazçılar təhsil, iş və ölkənin siyasi həyatında iştirak hüquqlarını tələb ediblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Etiraz  



Xəbər lenti