Mədəniyyət nazirindən növbəti kadr dəyişikliyi

   Mədəniyyət nazirindən növbəti kadr dəyişikliyi
  02 Sentyabr 2021    Oxunub:944
Azərbaycan Mədəniyyət Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Azvision.az xəbər verir ki, Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Polad Mansur oğlu Zeynalov təqaüd yaşı ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə Nadir Zaməddin oğlu Əlimirzəyev isə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nadir Əlimirzəyev əmək fəaliyyətinə müxtəlif Tədris-hazırlıq mərkəzlərində kurs rəhbəri kimi fəaliyyətə başlamış, daha sonra “Azersun Holding” şirkətində insan resursları departamentində aparıcı mütəxəssis, bir sıra şirkətlərdə menecer, informasiya texnologiyaları üzrə mütəxəssis vəzifələrində çalışıb.

O, 2018-ci il 3 avqust tarixindən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə inspektor vəzifəsinə, 2021-ci il 16 avqust tarixindən isə Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib. Nadir Əlimirzəyev 1980-ci ildə Qəbələ rayonunda doğulub. Ailəlidir, iki övladı var.

Azvision.az




Teqlər: Mədəniyyət-nazirliyi  



Xəbər lenti