Hava şəraiti ilə bağlı gəmilərə xəbardarlıq edilib

Hava şəraiti ilə bağlı gəmilərə xəbardarlıq edilib
  02 Sentyabr 2021    Oxunub:1080
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi ilə bağlı məlumata uyğun olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib.
ASCO-dan Azvision.az -a verilən məlumata görə gəmilərə gözlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməsi tapşırılıb:

"Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. Külək gözlənilən tarixlərdə gəmi kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər".

Azvision.az



Teqlər: ASCO   Hava   Xəbərdarlıq  



Xəbər lenti