Qəbələdə dağlıq ərazidəki yanğın söndürülüb

Qəbələdə dağlıq ərazidəki yanğın söndürülüb
  03 Sentyabr 2021    Oxunub:1248
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ilkin hesablamaya əsasən, təqribən, 100 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Gəncədə narkotik satan və alan şəxslər saxlanılıb
Magistraturanın boş qalan plan yerlərinin sayı açıqlanıb
Nazirlik: 60 min nəfərdən çox təhsil işçisi vaksin olunmayıb
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Müki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

Azvision.az


Teqlər: FHN  



Xəbər lenti