İsmayıllıda dağlıq ərazidə quru ot və kol-kos yanır - FHN

İsmayıllıda dağlıq ərazidə quru ot və kol-kos yanır -    FHN
  03 Sentyabr 2021    Oxunub:1290
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Keyvəndi kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanır. Əlavə məlumat veriləcək.

Azvision.az







Teqlər:



Xəbər lenti