Xəzərdə dalğanın hündürlüyü 4.6 metrə çatıb - Faktiki hava

Xəzərdə dalğanın hündürlüyü 4.6 metrə çatıb -    Faktiki hava
  04 Sentyabr 2021    Oxunub:1332
Sentyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv və güclü olub, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, düşən yağışın miqdarı Astarada 89.0 mm (aylıq normanın 45 %-i), Lənkəranda 43.0 mm (aylıq normanın 25 %-i), Qubada 11.0 mm, Altıağacda 7.0 mm, Sarıbaş (Qax), Şabran, Xınalıq, Xaltanda 4.0 mm, Qrız, Qusarda 3.0 mm, Lerik, Yardımlıda 2.0 mm, Göytəpə, Biləsuvar, Daşkəsən, Yevlax, Nabran, Kişçay (Şəki), Kürdəmir, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.

Sentyabrın 3-ü axşam 4-nə keçən gecə bəzi rayonlarda şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Sentyabrın 4-ü səhər saatlarından güclü şimal-qərb küləyi 9-13 m/s-dək zəifləyib. Havanın maksimal temperaturu Bakıda 30°-dək isti olub.

Sentyabrın 4-ü gündüz saatlarından ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azvision.az



Teqlər: Faktiki-hava  



Xəbər lenti