Hərbi qulluqçular üçün seminarlar keçirilir

Hərbi qulluqçular üçün seminarlar keçirilir
  04 Sentyabr 2021    Oxunub:991
Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə seminarlar keçirilib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Seminarlarda nazirliyin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri və dövlət qulluqçuları, Respublika Hərbi Prokurorluğunun, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin əməkdaşları mühazirələr oxuyublar.



Çıxış edənlər zabit və əsgərlərimizin mənəvi-psixoloji hazırlığının yüksək olmasından danışıblar. Müdafiə Nazirliyinin rəhbərliyinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə daim ciddi önəm verdiyi vurğulanıb.

Sonda dinləyicilərin sualları cavablandırılıb və mənəvi-psixoloji hazırlıq mövzusunda kitabçalar tədbir iştirakçılarına təqdim olunub.





Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  



Xəbər lenti