Müəllimlərin vakansiya seçimi başlayır

Müəllimlərin vakansiya seçimi başlayır
  07 Sentyabr 2021    Oxunub:1747
Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir.
Təhsil Nazirliyindən Azvision.az a verilən məlumata görə, qeyd olunan təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunub.

Vakansiya seçimində iştirak etmək üçün namizədlər 9 sentyabr saat 18:00-dək müvafiq linkə daxil olaraq müraciət edə bilərlər:

https://forms.gle/pNYcuZrJh6AhByDg9

Vakansiya seçimində müəllimlərin cari ildə keçirilən işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək. Uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq və müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Azvision.az



Teqlər: Müəllim   Vakansiya  



Xəbər lenti