Hərbçilərimiz Rusiyadan qayıdıb

   Hərbçilərimiz Rusiyadan qayıdıb
  07 Sentyabr 2021    Oxunub:784
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Tank biatlonu” və "Mədəniyyət Ordusu" müsabiqələrində iştirak edən komandalarımız Bakıya qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə "Report" Müdafiə Nazirliyi məlumat yayıb.

Müsabiqələrdə uğurla çıxış edən hərbçilərimizin qarşılanma mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edərək yüksək nəticələr göstəriblər.

Azvision.az



Teqlər: Hərbçilərimiz   Müsabiqə  



Xəbər lenti