Bir neçə qanuna dəyişiklik edilir

  Bir neçə qanuna dəyişiklik edilir
  08 Sentyabr 2021    Oxunub:917
Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Azvision.az -ın məlumatına görə, bu məsələ parlamentin Səhiyyə komitəsinin sentyabrın 13-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. İclasda Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat, Milli Məclisin Səhiyyə komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirə olunacaq.

Eyni zamanda 2021-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat, Əmək və sosial siyasət komitəsinin 2021-ci il üçün payız sessiyası dövrünə dair iş planı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq.

Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti