Həkimlərin sertifikasiya imtahanları oktyabrda keçiriləcək

   Həkimlərin sertifikasiya imtahanları oktyabrda keçiriləcək
  08 Sentyabr 2021    Oxunub:1479
“Baza tibb təhsili üzrə sertifikasiya imtahanlarının oktyabr ayında keçirilməsi planlaşdırılır”.
Azvision.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib. Onun sözlərinə görə, imtahanlarla bağlı suallar və klinik məsələlər hazırdır:

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə rezidentura səviyyəsi üzrə 18 yeni ixtisas əlavə olunub. Bu ixtisaslar üzrə tibb işçilərinin sertifikasiya imtahanlarına ediləcək yeniliklər və imtahan sualları hazırlanır. Hazırda bununla bağlı iş gedir. Əsas dəyişiklik pediatriya və stomatologiya üzrədir”.

Azvision.az


Teqlər: İmtahan  



Xəbər lenti