Ehtiyatda olan polis polkovniki, qazi və siyasi xadim - Namiq Həsənov
Onun bu xidmətləri, vətəninə, millətinə bağlılığı Ulu Öndər Heydər Əliyevin də diqqətindən yayınmırdı. Qısa zaman ərzində Namiq Həsənov Ulu Öndərin köməkçilərindən, sirdaşlarından oldu.
Namiq Həsənov Naxçıvanda Heydər Əliyevə qarşı sui-qəsdin qarşısını aldığına görə, xidmətdən kənarlaşdırılsa, o, öz postunu əzm nümayiş edərək Heydər Əliyevin göstərişi ilə tərk etmədi. Qısa zaman kəsiyində Naxçıvanın asayişinin keşikçisi oldu.
Heydər Əliyevdən sonra Naxçıvan MR-in Ali Məclisinin sədri kimi bir çox yerli ölkə əhəmiyyətli qərarların qəbulunda xidmətləri olub. Namiq Həsənov Azərbaycan Konstitusiyasını hazırlayan ziyalılarımızdan olub. Əhalinin rifahı üçün çətin və qayğılı dövrdə (1995-2000) Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini kimi çalışıb. Namiq Həsənovun nazir müavini kimi çalışdığı dövrdə, əllilik, sosial müavinət, pensiya ilə bağlı yeni qanunlar hazırlanıb ki, bu da dövrünün tələblərinə tam cavab verirdi.
Ehtiyyatda olan polis polkovniki, qazi və siyasi xadim. Bəli, Namiq Həsənov adının mənasının xarakter və xidmətləri ilə tam olaraq haqqını verib.
Dövlət, millət və vətən üçün “gizli qəhrəman”lardan olan Namiq Həsənov 76 illik ömrünə bir neçə həyat sığdırmağı bacardı. O, bu ömrün qayğısından, çətinliklərindən, problemlərindən alnıaçıq, başı uca çıxmağı bacardı. Ruhunuz şad, məkanınız Tanrı dərgahının ən uca yeri olsun, Namiq müəllim. Vətən, millət, dövlət üçün etdikləriniz örnək, miras və nümunədir…
Azvision.az
Teqlər: Polis